Modern.az

Moskva parklarında müsəlmanlar üçün mobil məscidlər – Təklif

Moskva parklarında müsəlmanlar üçün mobil məscidlər – Təklif

13 Avqust 2013, 11:14

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva şəhər rəhbərliyi paytaxtın yaşıllıq zolaqlarında müsəlmanlar üçün mobil namaz meydançalarının yaradılmasını nəzərdə tutur. Təxminən 100 belə sahənin (ölçüsü 15x20) yaradılması fikri məscidlərin azlığı ilə ortaya çıxıb. Belə ki, hazırda Mir prospektində yerləşən yeganə böyük ibadətgah Rusiya və MDB ölkələrindən olan müsəlmanlar üçün azlıq edir. Buna görə də problemin həlli üçün mobil namaz meydançalarının yaradılması nəzərdə tutulur. Bu meydançalarda yerləşdirilən modullar ibadət bitdikdən sonra yığışdırılacaq.

Maraqlı burasıdır ki, Moskva meriyasına verilən bu təklif Ali Urbanistika Məktəbindən gəlib. Qrupun rəhbəri Tiqran Arutunyandır. Onun təqdim elədiyi layihəyə əsasən, Rusiya paytaxtının parklarına öz namaz xalçaları ilə gələcək müsəlmanlar burada rahatca öz dini vəzifələrini icra edəcəklər.


 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı