Modern.az

Meriya Milli Şuraya cavab verdi - AÇIQLAMA

Meriya Milli Şuraya cavab verdi - AÇIQLAMA

13 Avqust 2013, 11:48

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq müraciətinə münasibət bildirib. İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlamasında Milli Şuranın meriyaya müraciət etdiyini təsdiqləyib. Bildirib ki, müraciətə baxılaraq lazımı cavab veriləcək.

“18 avqust mitinqi ilə bağlı müraciət bu gün daxil olub. Təbii ki, müraciətə baxıb, cavab verəcəyik”-deyə Z.Ramazanov bildirib.

Qeyd edək ki, Milli Şura 18 avqust mitinqi ilə bağlı BŞİH-ə rəsmi müraciət göndərərək mitinqin keçirilməsi üçün 4 yer təklif edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı