Modern.az

Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

Hadisə

4 Sentyabr 2023, 07:54

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd dolab yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, yüksək temperaturdan 1 ədəd qaz sayğacı və 1 ədəd kombi aparatı qismən qarsalanıb.

 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər