Modern.az

Bayden Çin liderinin G20-də iştirak etməməsindən məyusdur

Bayden Çin liderinin G20-də iştirak etməməsindən məyusdur

Dünya

4 Sentyabr 2023, 08:34

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyus olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

 

Bununla belə, o, Si Cinpin ilə görüşmək niyyətində olduğunu qeyd edib.

 

"Reuters" agentliyinin məlumatına görə, Si Cinpin G20 sammitində iştirak etməyəcək. Çini sammitdə ölkənin Baş naziri təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putinin də sammiti iştirak etməyəcəyi bildirilir. Onun tapşırığına əsasən, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

 

Xatırladaq ki, Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. G20 sammit sentyabrın 9-10-da Dehlidə keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu