Modern.az

İbrahimbəyovun sənədləri sabah MSK-ya təqdim olunacaq

İbrahimbəyovun sənədləri sabah MSK-ya təqdim olunacaq

Təhsil

13 Avqust 2013, 12:28


Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri sabah Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, R.İbrahimbəyovun təşəbbüs qrupu seçki sənədlərini bu gün imzalayaraq.

“Bu gün sənədlər hazırlanacaq. Sabah isə MSK-ya Rüstəm müəllimin namizədlik sənədləri təqdim olunacaq”.

Milli Şura üzvünün sözlərinə görə, R.İbrahimbəyovun Azərbaycanda olmaması seçki sənədlərinin MSK-ya verilməsində problem yoxdur.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı