“Təkcə ANS-ə yox, digər kanallara da lisenziya verilməyəcək”
“Təkcə ANS-in deyil, bir sıra televiziya yayımçılarının lisenziya müddəti başa çatıb”. Bunu Modern.az-a açıqlamasında MTRŞ aparatının rəhbəri Toğrul Məmmədov məsələyə münasibət bildirərkən deyib. “Aprel ayında BBTV kabel televiziyası və ANS televiziya və radiosunun lisenziya müddəti başa çatıb. Sentyabr ayında isə Xəzər TV və “Cənub” regional televiziyasının lisenziya müddəti başa çatır. Rəqəmsal yayıma keçidlə bağlı lisenziyaların verilməsi, lisenziya müddətinin uzadılması ilə bağlı müraciətlərə baxılması müvəqqəti olaraq təxirə salınıb. Yəqin ki, bu müraciətlərə ilin sonunda baxılacaq. O vaxta qədər isə telekanallar öz işini davam etdirə bilərlər. Bununla bağlı rəsmi qərar hər bir TV yayımçısına təqdim olunub”.
MTRŞ Aparatı rəhbəri daha çox ANS-in adının hallanmasına də münasibət bildirib: “BBilmirəm niyə ANS-in adı bu qədər hallanır. Axı başqa kanallar da var. MTRŞ siyasi təşkilat deyil ki, kiməsə siyasətinə görə təzyiq göstərsin. Bu məsələlər sırf rəqəmli yayıma keçidlə bağlıdır. Bu haqda danışan adamların rəqəmli yayıma keçiddən başı çıxmır. Ona görə də bunu cürbəcür istiqamətlərə yozurlar”.
Namidə BİNGÖL