Modern.az

Reznikovun istefası Ali Radada təsdiqləndi - YENİLƏNİB

Reznikovun istefası Ali Radada təsdiqləndi - YENİLƏNİB

5 Sentyabr 2023, 14:59

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun istefası Ali Rada tərəfindən təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

***

04.09.2023 / 10:50

 

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib.

 

Modern.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə paylaşım edib.

 

Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib.

 

"Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!", - o yazıb.

 

Qeyd edək ki, Reznikovun yerinə krımtatar əsilli Rustem Umerovun müdafiə naziri təyin olunacağı barədə Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlaması var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi