“Topaz” Premyer Liqasının 2-cu turu çərçivəsində Paytaxtın “Rəvan”və “Bakı”, Ağdamın “Qarabağ”, Qəbələnin “Qəbələ”, Sumqayıtın “Sumqayıt” və Lənkəranın “Xəzər” klubları cəzalandırılıb.
Modern.az-ın məlumatına görə, “Rəvan” klubu Miloş Adamoviçə görə – 200 manat, “Bakı” – Devidas Çesnauskisə görə 200 manat, “Qarabağ” Fərid Baxışova görə – 100 manat və azarkeşlərə görə isə 1000 manat, “Sumqayıt” Vurğun Hüseynova görə – 200 manat, “Qəbələ” 5 futbolçusunun sarı vərəqə almasına görə – 500 manat, cənub təmsilçisi “Xəzər Lənkəran” 4 futbolçusunun sarı vərəqə almasına görə İntizam Komitəsi tərəfindən – 500 manat cərimə olunublar.
Abbas Qəmli