Modern.az

Saakaşvili ilə necə rəftar edildiyini gördükcə ağrı keçirirəm - BUŞ

Saakaşvili ilə necə rəftar edildiyini gördükcə ağrı keçirirəm - BUŞ

Dünya

4 Sentyabr 2023, 12:54

ABŞ-ın keçmiş prezidenti Corc Buş Tbilisidə keçirilən konfransın iştirakçılarına müraciətdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətinə diqqət çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə "Newsgeorgia" məlumat yayıb.

 

“Şəxsən mənim tanıdığım üçüncü prezidentinizlə həbsxanada necə rəftar edildiyinə baxdıqca ağrı keçirirəm”, - o qeyd edib.

 

Buş həmçinin əlavə edib ki, Gürcüstanın ABŞ-da həqiqi dostları var, lakin Gürcüstan hökumətinin demokratiyaya sadiqliyi ilə bağlı suallar var.

 

ABŞ-ın sabiq prezidentinin sözlərinə görə, Ukraynanın qələbəsi bütün dünyaya böyük təsir göstərəcək, xalqın gücünü və azad yaşamaq hüququnu sübut edəcək və hətta Gürcüstan ərazilərinin 20%-ni işğaldan azad etmək imkanını da aça bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi