Modern.az

“Putinin hərbi gəmilərlə müşayəti təzyiq məsələsi deyil” - MÖVQE

“Putinin hərbi gəmilərlə müşayəti  təzyiq məsələsi deyil” - MÖVQE

13 Avqust 2013, 13:13

“Vladimir Putinin Azərbaycan səfərinin Xəzər dənizində hərbi gəmilərlə müşayət olunması

hərbi təzyiq məsələsi deyil”. Bu sözləri Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə rus hərbi donanma gəmilərinin səfərini şərh edərkən deyib.   “Gəmilərin səfəri dostluq ziyarətidir. Belə şeylər tez-tez olur.” –deyə Z. Əlizadə vurğulayıb. 

Politoloqun fikrincə bu dünya praktikasında qəbul olunmuş bir haldır. “İki ölkənin hərbi gəmiləri daim qarşılıqlı səfərlıər edirlər. Amerika hərbi donanması rus hərbi limanlarına daxil olur. Rus donanması Çin limanlarına səfər edir. Burda problem yoxdur. Bu hərbi təzyiq məsələsi deyil.”  

 

Vüqar İSMAYILOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı