Avqustun 15-dən Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunndan Modern.az-a verilən məlumata görə, bu həftənin ikinci yarısında temperaturların yüksəlməsi müşahidə ediləcək.
Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında havanın qısa müddətə tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 21-24, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Modern.az