Modern.az

“Qarabağ”ın alman rəqibi ilə görüşünün tarixi bəlli oldu

“Qarabağ”ın alman rəqibi ilə görüşünün tarixi bəlli oldu

13 Avqust 2013, 08:13

Avrokuboklarda yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubunun “pley-off” mərhələsi çərçivəsində Almaniya təmsilçisi “Ayntraxt” klubu ilə keçirəcək görüşlərin vaxtı dəqiqiləşib. Modern.az-ın məlumatına görə, avqustun 22-də Tofiq Bəhramaov adına Respublika stadionunda baş tutacaq ilk görüş saat 21:00-da başlayacaq.

Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra, avqustun 29-da Frankfurtdakı “Kommersbank Arena”da Bakı vaxtı ilə saat  21:05-də başlayacaq.  

 

Abbas Qəmli

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı