Modern.az

Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazandılar

Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazandılar

4 Sentyabr 2023, 13:52

Avqustun 28-dən sentyabrın 4-dək Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.

 

Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova həvəsləndirici mükafat qazanıblar.

 

Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edirlər. Hazırkı nailiyyətlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş və 11 bürünc medal əldə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!