Modern.az

İşdən çıxarılan müəllimlərin yeri necə doldurulacaq?

İşdən çıxarılan müəllimlərin yeri necə doldurulacaq?

4 Sentyabr 2023, 16:42

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

 

O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:

 

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!