“Putinin Azərbaycana səfərinin baş tutması münasibətlərin normal olmasının göstəricisidir”. Bunu Modern.az-a açıqlamasında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü millət vəkili Fazil Mustafa deyib. “Bu səfərə iki ölkə arasında yeni mərhələnin başlanması kimi baxmaq olar”.
Millət vəkilinin fikrincə, görüşdə ölkələrarası və regional bir çox məsələlər müzakirə oluna bilər. “Burada yəqin ki, Rusiyanı və Azərbaycanı maraqlandıran məsələlər də müzakirə olunacaq. Xüsusən Dağlıq Qarabağ məsələsi, Avrasiya və Gömrük İttifaqı məsələləri, Yaxın Şərqdə baş verən proseslərdə Azərbaycanın rolu, İran-Rusiya münasibətləri çərçivəsində Azərbaycanın mövqeyi müzakirə oluna bilər”.
Fazil Mustafa Rusiya-Azərbaycan münasibətlərinin inkişafında nikbin olduğunu bildirib. “Səfərin gedişindən aydın olur ki, münasibətlər yaxşı istiqamətdə gedir”.
Vüqar İsmayılov