Modern.az

Türkiyəli sənətçi məcburi köçkünlərə konsert verdi

Türkiyəli sənətçi məcburi köçkünlərə konsert verdi

13 Avqust 2013, 12:54

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Hacı Səbuhi Rəcəbin təsis etdiyi"12 May" Groupun dəvəti ilə Azərbyacana təşrif buyurmuş türk sənətçisi Başkalın konsert səfəri davam edir. İctimai Birlik və “12 May” Groupun “Qarabağdan Anadoluya könül körpüsü” layihəsinin təqdim etdiyi “Birlik və bərabərlik” adı altında gerçəkləşdirilən bu kəs Başkal bəyin konsert proqramı Tovuz rayonundan sonra dünən əvvəl Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınları üçün təqdim edildi. Konsert Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayon qərargahında baş tutdu.

Konsertdə millət vəkilli Qənirə Paşayeva, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, “12 May” Groupun təsisçisi və rəhbəri Hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak edirdilər. A. Məmmədov açılış edərək kəlbəcərlilərə göstərilən qayğı və diqqət üçün Q. Paşayevaya və konsert təşkilatçılarına minnətdarlıq bildirdi.

Sonra çıxış üçün sözü Q. Paşayevaya verdi. Millət vəkili salamlaşıb hamını Ramazan bayramı münasibətilə təbrik etdi. Çıxış zamanı millət vəkili “Əziz kəlbəcərlilər, mən də sizin kimi özümü kəlbəcərli hesab edirəm. Çünki neçə ki, torpaqlarımız işğal altındadır biz o işğal altında olan rayonlarımızın da vətəndaşı hesab olunuruq”-deyə, vurğulayıb. Sonra Başkal bəyi səhnəyə dəvət edərək ona “bu gündən sonra sən də kəlbəcərli hesab olunursan və bundan sonra səni Türkiyədə Kəlbəcərin böyük mədəniyyət elçisi elan edirik”-deyərək, türk sənətçisinə sayğılarını ifadə edib. Tamaşaçıları salamladıqdan sonra sənətçi repertuarında yer alan sözləri və musiqisi özünə aid “Ah, Qarabağ”, “Şəhidlər ölməz”, “Oğlum”, “Çanakkale”, Kərkük türküsü və s. mahnıları ifa etdi. Ardından əməkdar artist Elza Seyidchanı səhnəyə dəvət etdi. Sənətçilər əvvəl “Qubanın ağ alması” və “Daşlı qala” Azərbaycan xalq mahnılarını ifa etdilər. Ardından E. Seyidcahan repertuarından sözləri Cavidə aid “Üzülmə”, “Oğlan” və sozləri Qənirə Paşayevaya aid “Azərbaycan odası”nı ifa edib.

Daha sonra heyət proqram çərçivəsində Tərtər rayonuna yola düşüb. Konsertöncəsi Millət vəkili Qənirə Paşayeva, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, “12 May” Groupun təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb, sənətçilər Başkal, Elza Seyidcahan və İcra Hakimiyyətinin bir neçə nümayəndəsi N saylı hərbi hissəyə təşrif buyurub, zabit və əsgər heyəti ilə görüş keçiriblər. 

Görüş zamanı zabit və əsgərlərə xatirə olaraq Qənirə xanımın kitabları hədiyyə edilib. Konsertdə çıxış olaraq açılış sözünü rayonun İcra başçısı C. Cəfərov edib. Millət vəkilinə təşəkkür etdikdən sonra Başkal bəyin yazdığı “Ah, Qarabağ” mahnısından, ona çəkilmiş təsirli klipdən danışıb. Sonra Qənirə Paşayevaya söz verilib. O da öz çıxışında türk sənətçisinin Azərbaycana və xalqımıza bağlılığından söhbət açıb. Səhnəyə gələn sənətçiyə icra başçısı tərəfindən Türk Dövlətlərinin bayraqları və Dədə Qorqudun əksi təsvir edilmiş rəsm əsəri, Azərbaycanın bayrağı və əzmkarlıq rəmzi olan simvolik bıçaq təqdim edilib. Sənətçi mahnıları ilə tamaşaçılarda coşqu yaradıb.

Eləcə də Elza Seyidcahanla səhnədə əvvəl Azərbaycan mahnılarından ibarət bir neçə duet ifa edib. Konserti əməkdar artist Elza Seyidcahan yekunlaşdırıb. Qeyd edək ki, “Qarabağdan Anadoluya könül körpüsü” layihəsinin təqdim etdiyi “Birlik və bərabərlik” adı altında gerçəkləşdirilən türk sənətçisinin bu gün Bakıda Mahnı Teatrında saat 20.00-da yekun konserti baş tutacaq.

 

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı