Modern.az

Cəmil Quliyevdən İTV-də yeni kadr dəyişikliyi

Cəmil Quliyevdən İTV-də yeni kadr dəyişikliyi

13 Avqust 2013, 15:05


İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. İTV-dən Modern.az-a daxil olan məlumata görə, Nazim Mürsəlov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Abbas Rüstəmov İctimai Radionun proqram direktoru, Sənan Orucov reklam və marketinq departamentinin, Zaur Mahmudov isə gənclər, elm və təhsil verilişləri departamentinin direktoru təyin olunub.

Yeni təyinatlar Baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurası avqustun 12-də keçirilən iclasında təsdiqlənib.

Moderm.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı