Modern.az

Prezidentliyə namizəd Putinin əleyhinə BƏYANAT verdi

 Prezidentliyə namizəd Putinin əleyhinə BƏYANAT verdi

13 Avqust 2013, 15:23

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizəd Əli Əli Əliyev Rusiya prezidenti Vladimir Putinin Bakıya hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlişinə dair etiraz bəyanatı verib. Modern.az-a daxil olna bəyənatda deyilir ki, “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlməsini Kremlin imperiya ambisiyalarının növbəti təzahürü kimi qiymətləndirmək olar”.

Putinin rəsmi təqdimatda işgüzar xarakter daşıyan bu səfərini hərbi gəmilərlə həyata keçirməsinə fərqli izahat vermək mümkün deyil. Harada görülüb ki, bir dövlətin başçısı digər ölkəyə məhz bu şəkildə işgüzar səfər etsin?”

Sənəddə vurğulanır ki, Rusiya hakimiyyətinin postsovet ölkələrinin müstəqilliyinə münasibəti və Avrasiya İttifaqı adı altında SSRİ-ni nəyin bahasına olursa-olsun bərpa edərək, Azərbaycanı da ora sürükləmək niyyəti Putinin Bakıya hərbi gəmi ilə gəlişində özünü ən açıq formada büruzə verir.

“Vətəndaş və İnkişaf Partiyasının sədri və prezidentliyə namizəd olaraq, Vladimir Putinin Azərbaycana hərbi qüvvələrin müşayiəti ilə gəlməsinə, eyni zamanda, Azərbaycan hakimiyyətinin ona belə bir şərait yaratmasına qəti etirazımı bildirirəm. Azərbaycan hakimiyyətini ölkənin dövlət müstəqilliyi baxımından olduqca həssas sayılan belə məqamlarda diqqətli davranmağa və belə halların əsla təkrarlanmamasına çağırıram”.

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı