“Forbes” ən böyük gəlirli yazıçıların siyahısını açıqlayıb. Modern.az xəbər verir ki, siyahıda ilk sıra “Bozun əlli çaları” trilogiyası ilə Erika Leonard Ceymsə məxsusdur. Son bir ildə ingilis xanım yazar 95 mln. dollar qazanıb. Yeri gəlmişkən, xanım Ceymsin kitabı Azərbaycanda da nəşr olunub. “Bozun əlli çaları”nın (“Qanun” nəşriyyatı) tərcüməçisi Modern.az-ın redaktoru Əziz Rzazadədir. Kəskin süjetli əsərləri ilə tanınan amerikalı Ceyms Petterson ikinci sıranı tutur. “Forbes”in siyahısında üçüncü yer “Ac oyunlar” kitabının müəllifi Süzan Kollinzə məxsusdur – 55 mln. dollar. Bill O`Reyli (“Linkolnu öldürmək”, “Kennedini öldürməlk” əsərləri) dördüncüdür – 28 mln. dollar. Daniela Stil 26 mln. dollarlıq gəlirlə beşincidir.