Sahəsində iki ən böyük xidmət olan "Pay Way" və "Oson" Özbəkistanda beynəlxalq köçürmələri dayandırıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onların həyata keçirdiyi bütün beynəlxalq köçürmələrin 80%-dən çoxu Rusiya Federasiyasının payına düşür.
"Pay Way" açıqlayıb ki, bütün beynəlxalq istiqamətlərə, o cümlədən Rusiyadan və Rusiyaya köçürmələr tətbiqdə qeyri-aktiv edilib.
Xidmət onu da qeyd edib ki, Özbəkistan Mərkəzi Bankı bu istiqamətləri müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib, lakin səbəbləri məlum deyil.