Modern.az

Ən yüksək balla tələbə olanlar niyə bu universitetləri seçdilər? - AÇIQLAMA

Ən yüksək balla tələbə olanlar niyə bu universitetləri seçdilər? - AÇIQLAMA

Təhsil

5 Sentyabr 2023, 11:40

Ali məktəblərə builki qəbul imtahanlarında maksimal nəticə göstərən - 700 bal toplayan olmadı.

Bununla belə, ixtisas qrupları üzrə ən yüksək bal toplayan abituriyentlər müəyyənləşdi.

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə ixtisas seçiminin nəticələrini elan edəndən sonra ən yüksək bal toplayan abituriyentlərin hansı ali məktəblərdə tələbə statusu aldığına da aydınlıq gəldi.
 

III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş - 679.3 bal toplamış Aysel Səlimovanın seçimi  ADA Universiteti olub. O, Hüquqşünanslıq fakültəsinə daxil olub. Aysel bu universiteti seçmə səbəbini Modern.az-la bölüşüb:

“ADA Universiteti yüksək ali təhsili, xaricə çıxışları olan, innovativ, müasir universitetdir. Düşünürəm ki, istədiyim təhsili mənə verəcək.

İstəyirəm ki, sonrakı dönəmdə ali təhsilimi xaricdə davam etdirim. Magistr və ya başqa pillələrdə təhsil almaq istəyərəm. Sonra ölkəmə qayıdıb, burada xidmət etmək istəyirəm.

Hüquqdan başqa pedoqoji sahə ilə də maraqlanıram. Bu sahədə də biliklərimi artırıb, özümü inkişaf etdirmək istəyərəm”.
 

IV ixtisas qrupu üzrə 678.2 bal toplamış sumqayıtlı abituriyent Fəxri Həsənzadə Azərbaycan Tibb Universitetini seçib. O bu ixstisasa uşaqlıqdan marağı olduğunu bildirib:
 

“İngilis dilində tibb ixtisasına qəbul olmuşam. Uşaq vaxtından tibbə həvəsim var idi. Ailəm də həmçinin tibb sahəsini seçməyim üçün yol göstərmişdi. Ölkəmizdə bu sahə üzrə ən yaxşı ali məktəb olaraq Tibb Universitetini seçdim.

Univerisiteti ölkəmizdə oxuyacam. Amma növbəti  təhsil pillələrini xaricdə oxumaq istəyərəm. Hələ tibbin hansı sahəsində olmaq istədiyimə qərar verməmişəm. Buna universitetdə oxuyaraq qərar verəcəm”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər