Modern.az

Kommunistlər Araz Əlizadəyə qarşı: “O solçu deyil”- ETİRAZ

Kommunistlər Araz Əlizadəyə qarşı: “O solçu deyil”- ETİRAZ

Təhsil

13 Avqust 2013, 15:54

“Azərbaycan Sosial-Demokrat partiyasının adından başqa heç yerdə onların solçuluğunu görmürəm”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanov  ASDP sədri Araz Əlizadənin namizədliyinə AKP-nin dəstək perspektivlərini şərh edərkən söyləyib.

“Biz Araz Əlizadəni dəstəkləyib-dəstəkləməmək barədə qərar qəbul etməmişik”-deyən R.Qurbanovun sözlərinə görə onlar hələ bütün namizədlərin qeydə alınmasını gözləyir. “Biz o vaxt hansısa namizədi dəstəkləyəcəyik ki, həmin namizədin iqtisadi və siyasi proqramları ilə tanış olaq. Azərbaycan Kommunist partiyasının kollegiyal qurumunda nəzərə alınaraq Mərkəzi komitənin iclasının təsdiqi əsasında Azərbaycan Kommunist partiyası prezident seçkilərində dəstəkləyəcəyi namizədini bildirəcək. Bütün namizədlərə uğurlar arzulayıram.”

Azərbaycan Sosoal-Demokrat partiyası ilə eyni-solçu düşərgəni təmsil etdiklərini bildirən Rauf Qurbanov buna baxmayaraq onlar arasında əməkdaşlığın olmadığı və ideoloji fərqlərin olduğunu qeyd etdi. “Bizim Sosial-Demokrat partiyası ilə elə bir əməkdaşlığımız yoxdur. Sosial-Demokrat partiyası ilə Kommunist partiyasının baxışları tamamilə müxtəlifdir. Avropada sosial-demokratların hakimiyyətdə olduğu ölkələrdə kapitalizmdən fərqli cəmiyyət qurulmayıb. Araz Əlizadə sol partiyanın nümayəndəsidir. Mən açığı Azərbaycan Sosial-Demokrat partiyasının adından başqa heç yerdə onların solçuluğunu görmürəm. Adında “sosial” sözündən istifadə olunsa da bu o, demək deyil ki, onlar sol təmayyüllüdür”.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı