Modern.az

MSK İqbal Ağazadənin namizədliyi təsdiqlədi

MSK İqbal Ağazadənin namizədliyi təsdiqlədi

13 Avqust 2013, 16:31

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, prezidentliyə doqquz namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı