Modern.az

Separatçılar Xankəndidə yeni “başçı” seçəcəklər - Tarix AÇIQLANDI

Separatçılar Xankəndidə yeni “başçı” seçəcəklər - Tarix AÇIQLANDI

Qarabağ

5 Sentyabr 2023, 13:12

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində - Qarabağ istisadi rayonunda məskunlaşmış erməni separatçıları özlərinə yeni “başçı” seçməyə hazırlaşırlar.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, artıq “seçki günü” də müəyyənləşdirilib. Belə ki, “seçki” sentyabrın 8-nə təyin edilib.

Xatırladaq ki, Qarabağ separatçılarının “eks-başçısı” Arayik Arutyunyan sentyabrın 1-də “istefa" verib.

Qondarma rejimin oyuncaq “prezidentini” xuntanın “parlament” adlandırdığı yığıncağa toplanmış “fraksiyalar”ın irəli sürdüyü “namizədlər” arasından “deputatlar” seçəcək.

Hələlik separatçı rejimin “başçısı” postuna daha çox qondarma “dövlət naziri” təyin olnmuş “eks-təhlükəsizlik katibi” Samvel Şahramanyanın adı çəkilir.

O, separatçıların keçmiş başçısı Bako Saakyanın yaxın adamlarından biri hesab olunur.
 

Arayik Arutunyanın da Şahramanyanı dəstəklədiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi