Modern.az

Prezidentdən Qubadlı-Laçın yolu ilə bağlı sərəncam - 20 milyon manat

Prezidentdən Qubadlı-Laçın yolu ilə bağlı sərəncam - 20 milyon manat

İqtisadiyyat

5 Sentyabr 2023, 13:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi