Modern.az

Putin Bakıya təyyarə ilə gəldi - YENİLƏNİB

Putin Bakıya təyyarə ilə gəldi - YENİLƏNİB

13 Avqust 2013, 16:40


 

Rusiya Prezidenti Vladimir Putin artıq Bakıdadır. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 

***

Yaxın saat ərzində Zuğulbadakı prezident iqamətgahında Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş başlanacaq. Modern.az bildirir ki, bu barədə “Ria Novosti” Agentliyi məlumat yayıb.

Azərbaycan tərərfindən görüşdə baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Adminsitrasiyasnın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edəcək.  Rusiya tərəfindən isə XİN rəhbəri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Vladimir Seryoqin qatılacaq. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı