Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa prezientinliyə namizədlikdən imtina edib. Modern.az-ın məlumatına görə, bu barədə deputat özü bildirib.
“Bu ilki Prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı vardı. Namizədliyimiz irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar”-deyə deputat bildirib.
Anar RÜSTƏMOV