Modern.az

Böyük Çin səddini ekskavatorla dağıtdılar, həbs edildilər

Böyük Çin səddini ekskavatorla dağıtdılar, həbs edildilər

5 Sentyabr 2023, 16:38

Böyük Çin səddini zədələyən iki nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin "China Daily" nəşri məlumat yayıb .

 

Bildirilir ki, kişi və qadın olmaqla iki nəfər ekskavatordan istifadə edərək Böyük Çin Səddinin bir hissəsində keçidi genişləndirmək istəyib.

 

Məlumata görə, genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılmasına səbəb olub.

 

Saxlanılan şəxslər divardakı keçidi genişləndirmək üçün ekskavatordan istifadə etdiklərini etiraf ediblər. Onlar mədəni irsi məhv etməkdə ittiham olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu