Modern.az

Putin: “Azərbaycanla əlaqələrimiz uğurla inkişaf edir” – Görüşdən FOTOLAR

Putin: “Azərbaycanla əlaqələrimiz uğurla inkişaf edir” – Görüşdən FOTOLAR

13 Avqust 2013, 17:55

Ölkəmizdə səfərdə olan Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevlə görüşüb. Modern.az rus mətbuatına istinadən verdiyi məlumata əsasə, iki ölkə prezidenti görüşdə münasibətlərdən razı olduqlarını bəyan ediblər.

“Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ötən ilki mal dövriyyəsi 47 faiz təşkil edir. Bu bizim üçün bir rekorddur”-deyə Putin görüşdə bildirib. O qeyd edib ki, Rusiya Azərbaycanla ticarət və iqtisadi əlaqələrində lider olaraq qalır.

Rusiya prezidentinin sözlərinə görə, iki ölkə arasındakı əlaqələr müxtəfli istiqamətlər üzrə inkişaf edir.

İlham Əliyev isə öz növbəsində bildirb ki, Putinin səfəri ölkələrimiz arasında münasibətlərə əlavə stimul verəcək.

Modern.az pezidentlərin görüşündən fotoları təqdim edir:

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı