Modern.az

İlham Əliyev: “Rəsmi Bakı və Moskvanın mövqeləri üst-üstə düşür”

İlham Əliyev: “Rəsmi Bakı və Moskvanın mövqeləri üst-üstə düşür”

13 Avqust 2013, 18:28


“Rəsmi Bakı və Moskvanın bütün əsas məsələlərdə mövqeləri üst-üstə düşür”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Azərbaycan prezidenti rusiyalı həmkarının səfərinə böyük əhəmiyyət verdiklərini, bu gün keçirilən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərin geniş spektrinin müzakirə olunduğunu vurğulayıb:

“Müzakirə olunacaq mövzular geniş, əməkdaşlığımız çoxsahəlidir və demək olar ki bütün sahələri – qarşılıqlı iqtisadi fəaliyyət, humanitar, nəqliyyat sahələrini, regional təhlükəsizlik məsələlərini əhatə edir. Bütün məsələlər üzrə mövqelərimiz çox yaxındır”. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı