Modern.az

Prezidentlərin görüşündən ən son FOTOLAR

Prezidentlərin görüşündən ən son FOTOLAR

13 Avqust 2013, 18:57

Prezident İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putinin təkbətək görüşüb başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb. Modern.az xəbər verir ki, görüşdə çıxış edən prezident İlham Əiiyev Rusiya prezidentinin səfərinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib.

“Biz sizin bu səfərinizə böyük əhəmiyyət veririk. Bizim bugünkü gündəliyimiz çox genişdir. Bütün məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür. Mən çox şadam ki, sizi belə böyük nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyətinin tərkibi bizim üçün çox mühüm olan istiqamətləri göstərir”-deyə prezident deyib.

Modern.az görüşdən ən son görüntüləri təqdim edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı