Modern.az

Putin Qarabağ münaqişəsinin həllindən danışdı

 Putin Qarabağ münaqişəsinin həllindən danışdı

13 Avqust 2013, 20:41


Dağlıq Qarabağ probleminin həlli yalnız siyasi üsullarla mümkündür”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra baş tutan mətbuat konfransında bəyan edib.

“Danışıqlar zamanı biz Dağlıq Qarabağ problemi də daxil olmaqla aktual beynəlxalq məsələlərə toxunduq. Həlli yalnız siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, deyə Putin vurğulayıb.   

O həmçinin Xəzər bölgəsində delimitasiya, ekologiya məsələləri ilə bağlı olan problemlərin bütün region ölkələrinin maraqlarına uyğun həllinin vacibliyini qeyd edib. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı