"Haegumgang" Şimali və Cənubi Koreya arasında üzən hoteldir.
Modern.az "Urbanina"ya istinadən xəbər verir ki, dünyanın ilk üzən hoteli "Barrier Reef Resort" əsl "dənizdə cənnət"dir - ən azı onun açılışı haqqında reklamda belə yazılmışdı.
1988-ci ildə Avstraliya sahillərində, Böyük Sədd rifinin birbaşa üstündə istifadəyə verilib. Onun yaradıcısı isveçli mühəndis Sten Syostrand, ideya müəllifi isə peşəkar dalğıc Duq Tarka olub. 7 mərtəbədə 350 qonaq üçün 176 otaq, klublar, barlar, restoranlar, tennis kortu, hətta sualtı rəsədxana da nəzərdə tutulmuşdu - "Hər şey elit tətil üçün". Lakin oteldən əldə olunan gəlir ümidləri doğrultmadı, cəmi 1 il sonra kurortun saxlanması çox bahalaşdı, hotel satılaraq Vyetnama göndərildi. Orada adı "Saigon Floating Hotel" olaraq dəyişdirildi.
10 ildən sonra hotelin populyarlığı azaldı və yenidən "üzməli oldu". Bu dəfə Cənubi Koreyaya... Burada ona son adı olan "Haegumgang" adı verildi. Koreyalılar hoteli neytral ərazidəki kurort zonasında yerləşdiriblər. Bunun sayəsində otel 1950-1953-cü illər Koreya müharibəsindən sonra ayrılan qohumların görüş yerinə çevrilmişdi.
2008-ci ildə yeni problemlər yaranıb. Şimali Koreya hərbçisi yaxınlıqdakı Kumqanq dağının turizm zonasını tərk edərək hərbi bölgəyə daxil olan cənubi koreyalı qadını güllələyib. Bundan sonra Cənubi Koreya bütün vətəndaşlarını geri çəkib və bütün kurort qeyri-rəsmi olaraq Şimali Koreyaya qalıb. 2018-ci ildə hər iki tərəf kurortun yenidən açılmasına razılıq verib, lakin hotelin özü bərbad vəziyyətdə olduğuna görə heç bir yoxlamadan keçməyib. 2020-ci ildə layihə dayandırılıb və keçən il Şimali Koreya birtərəfli qaydada "ləğv etmək" qərarına gəlib.