Modern.az

Ermənilər Putindən kömək istədi

Ermənilər Putindən kömək istədi

13 Avqust 2013, 23:55


Bir neçə gün əvvəl qoşunların təmas xəttində Azərbaycan ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyanın ailəsi Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, əsgərin ailə üzvləri Akop İnciqulyanın azad olunması üçün bu gün keçirdikləri aksiyada Putinin Bakıya səfərindən istifadə edərək Rusiya prezidentin vasitəçilik etməsini xahiş ediblər.

Akop İnciqulyanın yaxınları həmçinin Ermənistan prezidenti Serj Sərkisyana və müdafiə naziri Seyran Ohanyana məktubla müraciət edərək onun azad olunması üçün kömək diləyiblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı