Modern.az

Rəsmi qeydə alınan 8 partiyanın SİYAHISI

Rəsmi qeydə alınan 8 partiyanın SİYAHISI

Ölkə

6 Sentyabr 2023, 10:26

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb.

Modern.az rəsmi qeydiyyata alınan siyasi partiyaların siyahısını təqdim edir:

Yeni Azərbaycan Partiyası (YAP) – sədr İlham Əliyev;
Ağ Partiya – sədr Tural Abbaslı;
Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;
Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – sədr Arzuxan Əlizadə;
Ümid Partiyası – sədr İqbal Ağazadə;
Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;
Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı.


Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.
1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.
Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

"Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.
 

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...