Avropa Komissiyasının İdarə Heyəti bu gün Ukraynanın taxıl ixracı məsələsinə baxacaq.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan müvəqqəti qadağanı ilin sonuna qədər 5 ölkə üzrə uzatmaq və Ukraynaya tranzit xərclərinə görə kompensasiya vermək müzakirə olunur.
Bildirilib ki, Rumıniya hazırda Ukrayna taxılının əsas tranzit ölkəsi olaraq qalır.