Modern.az

Mikayıl Cabbarova yeni müavin təyin edildi

Mikayıl Cabbarova yeni müavin təyin edildi

Təhsil

14 Avqust 2013, 10:17


Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub. Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.  Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini  hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb,  2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ”  hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır