Modern.az

Ər aliment ödəmir, əvəzində evi verib gedir - Mediasiya boşanmalara necə təsir edib...

Ər aliment ödəmir, əvəzində evi verib gedir - Mediasiya boşanmalara necə təsir edib...

Aktual

6 Sentyabr 2023, 15:37

2019-cu ildən Azərbaycanda "Mediasiya haqqında" qanun qüvvədədir. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllidir, proses mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biri hesab edilir.

 

Mediasiya institutu Azərbaycanda nisbətən "gənc" hesab edilir. Buna görə bəzən vəkillik fəaliyyəti ilə qarışdırılır. Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Tərəflər mediasiya vasitəsilə məhkəmələrlə müqayisədə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

 

Hüquqşünans, mediator Fərhad Mehdiyev Modern.az-a açıqlamasında müraciətlərin əksəriyyətinin ailə  məsələləri ilə bağlı olduğunu bildirib.

 

“Məhkəmələrdə baxılan mülki işlərin çoxu boşanmalardır. Bunlar təbii ki, əvvəlcədən məcburi də olsa mediasiyadan keçməlidir. Ölkəmizdə əmək, ailə, kommersiya  mübahisələrində məhkəməyə getməzdən öncə məcburi olaraq mediatora getmək lazımdır. Əslində məhkəməyə getmədən də, tərəflər mediasiyaya müraciət edib, öz aralarındakı ailə problemlərini həll etməyə çalışa bilərlər. Çox da uğurlu alına bilər. Amma bizdə bu təcrübə çox yayılmayıb. Bizdə adətən insanlar boşanmaq üçün məcbur mediatorun yanına gedirlər.  Bu  tərəflərdən birinin artıq boşanmaq niyəti var deməkdir. Bəziləri qarşı tərəfin gözünü qorxutmaq, xəbərdarlıq etmək üçün mediasiyaya müraciət edirlər. Bunların sayı təxminən 5%-dir", - o qeyd edib.

 

Fərhad Mehdiyevin sözlərinə görə, mediasiyada barışan, boşanmaqdan vaz keçənlərin sayı da 5% ətrafındadır:

 

"Bəzən mediatorun yanında razılaşmalı boşanmalar da olur. Bu da mediasiyaya müraciət edənlərin təxminən 20-25%-ni təşkil edir. Onlar gəlib, hansı şərtlərlə boşanmaq istədiklərinə dair razılaşırlar: Uşaq kimdə qalır? Aliment nə qədər olacaq? Əmlak bölgüsü varsa necə olacaq? Bunlar razılaşdırılaraq məhkəməyə müraciət olunur. Tez zamanda həmin insanlar boşanırlar”.

 

O vurğulayıb ki, bu təcrübə faydalıdır, ən azından tərəflər razılaşmalı şəkildə boşana bilirlər.

 

"Mediasiyadan əvvəl bu yox idi. Bütün məsələləri hakim həll edirdi. İndi isə tərəflər özləri danışıb, razılaşa bilirlər. Məsələn ər aliment ödəmir, əvəzində birgə əmlak olan evi, keçmiş həyat yoldaşı olacaq qadına verib, gedir. Qadın kirayədə qalmağa məcbur olmur. Ev satılıb pulu yarıya bölünsə, həmin pulla çətin özünü dolandıra bilər. Bunu, adətən, özü işləyib, uşaqlarını dolandıra bilən qadın seçir .

 

Məhkəmədə atanın uşaqlarla görüş hüququ adətən hakimin təyin etdiyi müddət həftədə 1 gün, 3-4 saat ətrafında olur. Amma mediasiyada bunu fərqli şəkildə tənzimləmək olar. Boşanma sırasında bağlanan sazişlər  arasında, mediasiya razılaşmalarında bəzən ata ən az 2 gün uşaqlarla görüşür, bəzən gecə qalmaq şərti ilə, həftədə 3 gün  və s. Görüş şərtləri daha çoxdur, elastikdir. Valideynin uşaqla ünsiyyəti boşanmalarda həll olunmalı olan vacib məsələdir. Çünki uşağın psixoloji sağlamlığına ciddi təsir göstərir”. 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər