Modern.az

Bu gün millimiz Malta yığması ilə qarşılaşır

Bu gün millimiz Malta yığması ilə qarşılaşır

14 Avqust 2013, 11:30

Bu gün futbol üzrə Azərbaycan yığma komandası Malta seçməsi ilə matça çıxacaq. Bu milli komanda tarixində sayca 198-ci görüş olacaq. 1992-ci ildən bəri 197 qarşılaşma keçirən millimiz 35 görüşdə qələbə, 52 görüşdə heç-heçə və 110 məğlubiyyətə imza atıb. Malta yığmasına gəlincə, bu, sayca 4-cü görüş olacaq. Bu vaxta qədər millimiz ilk dəfə 1994-cü ildə yoldaşlıq görüşündə Malta seçməsinə 5-0, 2000-ci ildə beynəlxalq turnirdə 3-0 və 2002-ci ildə isə yoldaşlıq görüşündə 1-0 məğlub olub. Xatırladaq ki, Malta yığması ilə oyun saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

 

 

Abbas Qəmli  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj