Modern.az

Növbəti tədris illərində 75 min tələbə qəbul olunacaq

Növbəti tədris illərində 75 min tələbə qəbul olunacaq

6 Sentyabr 2023, 16:34

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb:

 

"Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Magistr səviyyəsi üzrə 2023-24-cü tədris ilində qəbul 13 485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-24-cü ildə tələbə köçürülməsi üzrə 4 316 müraciət daxil olub, 80%- i təsdiqlənib".

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?