Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur.
Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Lakin məktəblərin daxili qaydaları var. Müəllim, yaxud şagird telefonla oynaya olmaz. Biz indi bəzi məktəblərdə telefon gətirilməməsi ilə bağlı pilot layihə təqdim etmişik. Nəticələrə əsasən qərar verəcəyik. Telefonun şagirdin mülkü olduğunu nəzərə almaq lazımdır. "Başqa ölkələrdə var, biz də edək" deyə kor-koranə qərar qəbul edilməsi yaxşı deyil. Ancaq gələcəkdə telefon qadağası gündəmdə ola bilər", - nazir vurğulayıb.