Modern.az

200 bal toplayan ibtidai sinif müəllimləri bilməlidir ki... - Emin Əmrullayev

200 bal toplayan ibtidai sinif müəllimləri bilməlidir ki... - Emin Əmrullayev

6 Sentyabr 2023, 16:50

Bu il 600 bal toplayıb ibtidai sinif müəllimliyini seçənlərin sayı çoxdur.

 

Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Əvvəllər 500 baldan yuxarı toplayıb ibtidai sinif müəllimi seçənlərin sayı bir neçə nəfər idi. Ötən il isə bu artıq bir neçə yüz nəfər idi. Bizim sertifikasiya imtahanlarımız var. 200 bal toplayan ibtidai sinif müəllimləri bilməlidir ki, 600 bal yığan şəxslə rəqabət aparacaq", - nazir qeyd edib.

 

Onun sözlərinə görə, ibtidai sinif müəllimi vəzifəsinə də yüksəl bal toplayan namizədlərin sayı çoxdur: "Yəni kimsə düşünməsin ki, ibtidai sinif müəllimlərinin hamısı aşağı bal toplayanlardır".

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi