Modern.az

Azərbaycanda yeni siyasi partiya yaradılır

Azərbaycanda yeni siyasi partiya yaradılır

Ölkə

14 Avqust 2013, 11:53

Yaxın günlərdə Azərbaycan siyasi müstəvisinə yeni partiya daxil olacaq. Bu barədə Modern.az saytına həmin partiyaya rəhbərlik edəcək şəxslərdən biri məlumat verib. Yeni yaradılacaq partiyanın adının açıqlanmasını istəməyən həmin şəxs bildirib ki, bu quruma Milli Məclisin deputatlarından biri rəhbərlik edəcək.

“Partiyanın sədri də artıq məlumdur. Sadəcə onun adını çəkmək istəmirəm. Yaxın günlərdə hər şey ictimaiyyətə açıqlanacaq. Yalnız onu deyə bilərəm ki, hazırda partiyaya rəhbərlik edəcək komanda formalaşır. Həmçinin partiyanın fəaliyyət göstərəcəyi ofis və digər texniki məsələlər həll olunur”.

 Partiyanın siyası kursuna gəlincə, onun müstəqil bir qurum olaraq fəaliyyət göstəriləcəyi bildirilib: “Hər halda bu partiya bütün iqtidaryönlü siyasi qurumları kölgədə qoyacaq. Buna yaxın zamanlarda özünüz şahid olacaqsınız”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi