Modern.az

Fəzail Ağamalı: “ Zahid Oruc sədr müavinliyindən çıxarılıb”

Fəzail Ağamalı: “ Zahid Oruc sədr müavinliyindən çıxarılıb”

14 Avqust 2013, 12:20


“Zahid Oruc bir addım atıb özünü prezidentliyə namizədliyini irəli sürüb. Bununla da hər şeyə nöqtə qoyuram”. Bunu Modern.az-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, Zahid Orucun Ana Vətən Partiyasından çıxaraq özünə yeni partiya yaradacağı ilə bağlı yayılan xəbərə münasibət bildirərkən partiya sədri ümumiyyətlə Fəzail Ağamalı-Zahid Oruc duelinin KİV-də geniş tirajlanmasının əleyhinə çıxıb. “Zahid Orucun öz namizədliyini irəli sürməsinə mənim münasibətim ifadə olunub. Vəssalam. Mən bununla da hər şeyə nöqtə qoyuram. Partiyanın bu məsələyə müvafiq yanaşması olacaq və vermiş olduğumuz qərar KİV-ə çatdıralacaq.

Zahid Oruc nə etmək istəyir, özü bilər, bunun mənə nə dəxli var?! Mən partiya sədriyəmsə, onun şəxsi işlərinə qarışa bilmərəm. Özü bilər. Mən bu suala nə üçün cavab verməliyəm. Mən belə şeylərə münasibət bildirmək istəmirəm və məndə belə bir məlumat yoxdur. Çox xahiş edirəm ki, bununla bağlı mənə suallar ünvanlamayasınız”. 

Mediada Zahid Orucun Ana Vətən Partiyasının sədr müavini kimi təqdim edilməsinə etiraz edən Fəzail Ağamalı onu da qeyd etdi ki, Zahid Oruc artıq partiyanın sədr müavini deyil. “O, partiyanın 6-cı qurultayına qədər sədr müavini idi. Bütün sədr müavinlərinin səlahiyyətləri dayandırıldığı kimi onun da səlahiyyəti dayandırılıb. Partiyanın 6-cı qurultayından sonra “Ana Vətən”in Ali Məclisinin üzvüdür”.   

Gültəkin ƏLƏSGƏR ` 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj