Modern.az

Misirdə insan qətliamı: 50 nəfər öldürüldü – son xəbər

Misirdə insan qətliamı: 50 nəfər öldürüldü – son xəbər

14 Avqust 2013, 14:49

Misirdə polisin Mursi tərəfdarlarına qarşı bu səhər başlatdığı müdaxilə nəticəsində ölü sayı hər saat artır. “İhvan Hərəkatı” ölü sayının 400-ü keçdiyini, yaralı sayının isə ən az 5 min olduğunu iddia edir.

“İhvan” Hərəkatı, xalqı küçələrə çıxmağa çağırıb. Demokratiya yanlıları yaşanan vəhşiliyin sona çatması üçün hərəkətə keçəcəyini eşitdirib. Zirehli buldozer Addeviye meydanındakı barikadaları yıxmağa başlayıb. Təhlükəsizlik gücləri, çadırlarda etirazçılar tək-tək nəzarətə alınır. Misirin paytaxtı Qahirədəki Rabiatul Adeviyye Meydanındaki zərbə əleyhdarlarına bu səhər etibarilə təhlükəsizlik qüvvələrinin başlatdığı müdaxilə davam edir. Meydanın cənubundakı küçələrdə zirehli vasitələr və iş maşınları ilə zərbə əleyhdarlarına müdaxilə etməyə başlayan təhlükəsizlik qüvvələrinin təsadüfi atəş açdığı bildirildi.

Rabiatul Adeviyye Mətbuat Mərkəzindən edilən şərhdə, zərbə əleyhdarlarına atəş açılması üzərinə, ölü və yaralı sayının artdığı bildirildi. Şərhdə, ölü sayının 50-ə, yaralı sayının isə 200-ə yüksəldiyi qeyd edildi. Yaralılara ilk müdaxiləni hadisə yerində nümayişçilər tərəfindən edildiyi öyrənildi.

Rabiatul Adeviyye və Nahda meydanlarında, təsadüfi atəş  və snayperlərlə başlayan müdaxilə davam edir. Meydanlardan tüstülər yüksəlir. Vertolyotların alçaq uçuş etdiyi sahədə, zərbə əleyhdarlarının çadırları zirehli birliklər tərəfindən yararsız hala gətirilir. Təhlükəsizlik güclərinin zirehli birliklərlə müdaxilə etdiyi Nahda meydanının nəzarəti tamamilə təhlükəsizlik qüvvələrinin əlinə keçdi.  Rabiatul Adeviyye meydanında isə təhlükəsizlik qüvvələrinin zərbə əleyhdarlarına müdaxiləsi davam edir. Bölgəyə yaxın olan İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərinin ətrafında geniş təhlükəsizlik tədbiri alınıb.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj