Modern.az

Zahid Oruc seçki qərargahını formalaşdırır

Zahid Oruc seçki qərargahını formalaşdırır

14 Avqust 2013, 15:15


Ötən gün prezidentliyə namizədliyini irəli sürən millət vəkili Zahid Oruc özünün seçki qərargahını formalaşdırır. Bu barədə Modern.az saytına deputatın özü məlumat verib.

O, qeyd edib ki, hazırda onun əsas hədəfi seçkilərə hazırlaşmaqdır:

“Ancaq bəzi mətbu orqanlarda partiya yaradacağım barədə məlumatlar yer alıb. Mən bu barədə kimsəyə müsahibə verməmişəm. Hələik partiya yaratmaq fikrim də yoxdur. Görünür bu kimi informasiyalarla mənə mane olmağa çalışırlar. Ancaq bu, mümkün deyil”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj