Modern.az

Qəzada xəsarət alan qadın öldü

Qəzada xəsarət alan qadın öldü

Hadisə

7 Sentyabr 2023, 14:20

Sentyabrın 1-də Siyəzən rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri də ölüb.

 

Modern.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada S.Əmirovanın həyat yoldaşı və 3 yaşlı oğlu da dünyasını dəyişmişdi. Hadisə zamanı yeddi nəfər xəsarət almışdı. Onlardan biri də S.Əmirova idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi