Modern.az

Prezident İsmayıllıdan sonra Qəbələyə getdi

Prezident İsmayıllıdan sonra Qəbələyə getdi

14 Avqust 2013, 15:49

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlib. Dövlət başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsinin önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verdi ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj