Modern.az

Milli İdeologiya mövzusunda dəyirmi masa təşkil edilib

Milli İdeologiya mövzusunda dəyirmi masa təşkil edilib

14 Avqust 2013, 15:56
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar” başlıqlı layihə həyata keçirir. Modern.az bildirir ki, layihə çərçivəsində bu gün  “Milli İdeologiya və ədəbiyyat” adlı üçüncü və sonuncu dəyirmi masa keçirilib. Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü çıxışında səkkiz illik fəaliyyəti dövründə rəhbərlik etdiyi qurumun daim Milli İdeologiya ilə bağlı müzaklirələr təşkil etdiyini bildirib. O, araşdırmalar aparıldığını, cəmiyyətin ən müxtəlif qruplarını bu mövzuyla bağlı bir araya gətirdiyini və müəyyən nəticələrə nail olduğunu açıqlayıb. 

Onun sözlərinə görə təşkilat QHT Şurasının yardımı ilə iki dəfə layihələr həyata keçirmişdir, bu il isə üçüncü layihəni icra edir. “Bugünkü tədbir həm də layihə çərçivəsində üçüncü tədbirdir. Məqsədimiz Milli İdeologiya sahəsində olan boşluğu doldurmaq üçün cəhd etməkdir. Bundan əvvəl “Milli dövlətçilik ideologiyasının tarixi əsasları”, “Milli ideologiya və din” mövzusunda dəyirmi masalar keçirmişik.“

Daha sonra tədbir iştirakçıları  çıxış edərək, milli ideologiyanın inkişafında məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj