Milli Məclisdə jurnalistlərin akkreditasiyasına artıq başlanılıb. Bu haqda Modern.az-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Milli Məclisin payız sessiyası sentyabrın 15-də başlayır. Sentyabrın 15-dən komitələr öz işinə start verəcək, oktyabrın 1-də isə plenar iclaslar başlayacaq.
Aytən ƏLİYEVA